Fransanın Paris hava limanında kütləvi dava düşüb.
Məlumata görə, hadisə kürd fəalın Türkiyəyə deportasiya edilməsi zamanı baş verib. 20-yə yaxın adam Türkiyəyə çatanda həbs olunacağından qorxaraq kişini müşayiət edən konvoya hücum edib.
Hazırda hava limanının üç əməkdaşının yaralandığı bildirilir.
Buna baxmayaraq, heç kim həbs olunmayıb. Fəal isə ölkədən deportasiya edilib.
Mənbə: newsland
www.RESMIXEBER.az