Yolun ortasında nə üçün süni maneələr yaradıldı? – AYNA-dan AÇIQLAMA + VİDEO

Cəmiyyət

Yasamal rayonu, Akim Abbasov küçəsində yolun ortasında panduslar quraşdırılıb.

Yeni salınan pandusların nə üçün olduğu nə sürücülərə, nə də piyadalara bəllidir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidəki panduslar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə razılaşdırıldıqdan sonra salınıb.

Məlumatı AYNA da təsdiqləyib.

“Piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nizamlanan piyada keçidinin təşkili nəzərdə tutulub. Layihənin icrası üçün ərazidə panduslar da inşa edilməklə infrastruktur işləri həyata keçirilib. Yaxın vaxtlarda işıqfor dirəkləri və yol nişanları quraşdırılacaq, nişanlama xətləri çəkiləcək”, – deyə qurumdan bildirilib.

Ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir