Vətəndaşların nəzərinə: Apreldə nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Cəmiyyət

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

resmixeber.az qəbul cədvəlini təqdim edir.

S/n Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulun keçirildiyi gün
1. Daxili işlər naziri Vilayət Eyvazov Hacıqabul Hacıqabul, Şirvan, Salyan, Neftçala 04
2. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Sumqayıt Sumqayıt, Qubadlı 04
3. Baş prokuror Kamran Əliyev Neftçala Neftçala, Şirvan, Hacıqabul, Salyan 06
4. Ədliyyə naziri Fərid Əhmədov Yardımlı Yardımlı, Masallı, Cəlilabad 09
5. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı Şəki Şəki, Oğuz, Qəbələ 17
6. Gənclər və idman naziri Fərid Qayıbov Tərtər Tərtər, Bərdə 18
7. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş Ağdaş, Yevlax, Göyçay, Qəbələ, Ucar, Zərdab 18
8. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağdam (Quzanlı) Ağdam, Ağcabədi, Laçın 18
9. Elm və təhsil naziri Emin Əmrullayev Samux Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy, Kəlbəcər 19
10. İqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam (Quzanlı) Ağdam, Ağcabədi 19
11. Mədəniyyət naziri Adil Kərimli İmişli İmişli, Beyləqan, Saatlı, Sabirabad 19
12. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qazax Qazax, Ağstafa, Tovuz 19
13. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Zaqatala, Balakən 19
14. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Daşkəsən Daşkəsən, Göygöl 19
15. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bərdə Bərdə, Yevlax, Tərtər 22
16. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Tərtər Tərtər, Bərdə 22
17. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Göygöl Göygöl, Daşkəsən 25
18. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Masallı Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl 25
19. Baş prokuror Kamran Əliyev Ağdaş Ağdaş, Yevlax, Ucar, Zərdab 26
20. Energetika naziri Pərviz Şahbazov Biləsuvar Biləsuvar, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Cəlilabad, Cəbrayıl 26
21. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 26
22. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göygöl Göygöl, Daşkəsən 26
23. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa Ağstafa, Qazax, Tovuz 26
24. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qusar Qusar, Quba, Xaçmaz, Şabran 26
25. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələ Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən 26
26. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qazax Qazax, Ağstafa 26
27. “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Abşeron Abşeron, Zəngilan 26

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir