Baltimorda uçan körpü ABŞ-də 81 milyard dollarlıq ticarət böhranına səbəb olub.
Bildirilir ki, qəza ABŞ-dən ixrac edilən mallar üçün doqquzuncu ən böyük qovşağın bağlanmasına səbəb olub. Burada ildə 52 milyon ton yük daşınır. Hazırda 10 iritonnajlı gəmi ixrac limanında ilişib qalıb.
Ağ Ev rəhbəri Co Bayden özü məsələni nəzarətə götürdüyünü bildirib. O, Baltimorda uçan körpünün üzərindən qatarla keçdiyini bildirib. Ancaq bir məsələ var ki, körpüdə dəmir yolu yoxdur…
Xatırladaq ki, martın 26-da Sinqapurun “DALI” konteyner gəmisinin körpünün dayağına çırpılması nəticəsində infrastruktur uçub. Nəticədə onun üzərində olan avtomobillər suya düşüb. İlkin məlumatlara görə, altı nəfər həlak olub. Axtarış-xilasetmə işlərinin bir neçə gün çəkəcəyi gözlənilir.
Merilend ştatının qubernatoru baş verən hadisənin fövqəladə hal olduğunu və qəzada heç bir terror izinin olmadığını bildirib. Yük gəmisinin dayağa çırpılmasına səbəb kimi kapitanın gəmi üzərində idarəetməni itirməsi göstərilir, toqquşmadan əvvəl ekipaj səlahiyyətlilərə məlumat verib.
Mənbə: Daily Mail
www.RESMIXEBER.az