Qəzza zolağının şimalına havadan atılan humanitar yardımın böyük hissəsi dənizə düşüb.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda sakinlərin özlərini dənizə ataraq qutuları çıxardıqları görünür. Videoda bəzi məhsulların tamamilə yararsız vəziyyətə düşməsi də əks olunub.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də radikal HƏMAS hərəkatının İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HƏMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıblar.
Mənbə: “Anadolu” Agentliyi
www.RESMIXEBER.az