Dani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?

DIN

Braziliyalı futbolçu və “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına “Atletiko”nun niderlandlı hücumçusu Memfis Depay kömək edib.

Bu barədə insayder Mabhut Al-Narri xəbər verib.

Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmuş bank hesabları səbəbindən belə bir məbləği olmayıb.

Memfis Depay braziliyalı futbolçu ilə 2021/2022 mövsümündə “Barselona”da birgə çıxışları zamanı dost olub.

Xatırladaq ki, dünən futbol üzrə olimpiya çempionu apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. O, girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib. Odur ki, futbolçu ölkəni tərk edə bilməyəcək, həmçinin həftədə bir dəfə məhkəməyə getməlidir.

Qeyd edək ki, Alveş 14 aydır həbsdədir. 2024-cü il fevralın 22-də Dani təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa o, mənəvi təzminat olaraq zərərçəkənə 150 ​​min avro ödəməyə məhkum edilib.

İspaniya prokurorluğu Alveşin daha uzun müddət həbsdə qalması lazım olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.

Mənbə: Dailysports.net

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir