Şəkidə avtomobil dörd il əvvəl paylaşılan videoya görə duracağa aparılıb – VİDEO

Cəmiyyət

Şəki sakininin avtomobili dörd il əvvəl paylaşılan videoya görə duracağa aparılıb. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şəki rayonunun Baş Laysqı kənd sakini Nəbi Hüseynovun başına gəlib.

Avtomobilin sahibi Nəbi Hüseynov deyir ki, iki gün əvvəl idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən duracağa aparılıb.

Avtomobilinin hansı səbəbdən saxlanıldığını öyrənmək istəyən sürücüyə bildirilib ki, maşını ilə avtoxuliqanlıq edilib və bunun görüntüləri də ona təqdim olunub.

Nəbi Hüseynov bildirib ki, dörd il əvvəl lentə alınmış videoda avtomobili oğlu Oruc Hüseynov meşəlik ərazidə idarə edib və onun da sürücülük vəsiqəsi var.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, problemin araşdırılması üçün sürücü İdarənin dyp.gov.az internet saytına onlayn müraciət etməlidir.

Bundan sonra məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir