Martın 22-də “Crocus City Hall”da baş verən terror aktı zamanı konsert zalının yanğın çıxış pilləkənləri bağlı olub.
Bu barədə terror aktını araşdıran müstəntiqlər məlumat veriblər.
Bundan əlavə, hadisə şahidlərinin sözlərinə görə, onlar velosiped üçün nəzərdə tutulan qıfıllarla kilidlənmiş yanğın-çıxış qapılarının qıfıllarını əlləri ilə sındırmaq məcburiyyətində qalıblar.
Eyni zamanda, hadisə şahidlərinin sözlərinə görə, binanın avtomatlaşdırılmış yanğın siqnalizasiyası sistemi də işləməyib. Halbuki, bu, həm də yanan binadan çıxış yolu tapmayanların həyatını xilas edə bilərdi.
Bundan əlavə, aparılan araşdırma zamanı məlum olub ki, “Crocus City Hall” konsert zalının zirzəmisində bəzi qapılar bağlı olub.
Mənbə: Baza
www.RESMIXEBER.az