“Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktı həm də ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması səbəbindən mümkün olub”.
Bu barədə Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Marko Rubio bəyan edib.
Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampın administrasiyası dövründə İŞİD faktiki olaraq fəaliyyətini dayandırmışdı.
“Onların 1 000-dən də az döyüşçüsü qalmışdı, indi isə bərpa olunublar. Qismən ona görə ki, biz Əfqanıstanı tərk etməklə onlara müntəzəm zərbələr endirə bilmədik”, – deyə Rubio bildirib.
Politoloq qeyd edib ki, Əfqanıstanın yeni hakimiyyət orqanları terrorçularla effektiv mübarizə aparmaq imkanına malik deyil.
O, həmçinin, terrorun ABŞ ərazisində təkrarlana biləcəyini vurğulayıb.
Mənbə: Abc.com
www.RESMIXEBER.az