Daun sindromlu Natiqin müalicəyə ehtiyacı var: Bacısı da astmadır – FOTO

Cəmiyyət

Yeddi yaşlı Natiqin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun nənəsi Kəmalə Qocayeva məlumat verib.

O bildirib ki, Daun sindromlu Natiq 1-ci dərəcəli trikuspid qapaq çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

“Natiq 2017-ci ildə Daun sindromu ilə anadan olub. Bildiyiniz kimi, bu uşaqlar daim müalicə, müayinə olunmalıdırlar. Doğulduğu ilk gündən bəri onun müalicələrini, müayinələrini heç vaxt gecikdirməmişik. 2023-cü ilin dekabr ayında ürəyində olan problemə görə ağır əməliyyat keçirdi. Çox şükür ki, indi vəziyyəti daha yaxşıdır. Hazırda Natiqin müalicələrini davam etdirmə bilmək üçün 600 manata ehtiyacımız var”.

Kəmalə Qocayeva evlərində tək işləyənin elə Natiqin atasının olduğunu deyib.

“Evdə altı nəfər yaşayırıq. Oğlum, gəlinim, iki uşaqları, yoldaşım və mən. Natiqin özündən balaca bacısı astma xəstəliyindən əziyyət çəkir. Tək oğlum işləyir. İki xəstə uşağa və bizə təkbaşına o baxır. Yardımsevər şəxslərdən bu mübarək ayda bizə dəstək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 443-38-04.

“Express Bank”: 4724 9425 2723 6715.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir