Azərbaycanda ukraynalı qadın əri tərəfindən bıçaqlanıb – FOTO

Cəmiyyət

Azərbaycanda Ukrayna vətəndaşı xanım əri tərəfindən bıçaqlanıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

Bildirilib ki, xanım müalicə aldığı xəstəxanadan çıxarıldıqdan sonra sığınacağa yerləşdirilib.

Qeyd edək ki, dəfələrlə şiddətli şəkildə döyülən xanım sonuncu dəfə ölümlə üz-üzə gəlib. Artıq həyatını itirəcəyini düşünən xanımın köməyinə qonşular gəliblər. Son anda qonşuların müdaxiləsi nəticəsində qadın yaralı vəziyyətdə qaçıb.

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov bildirib ki, fakt Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində nəzarətə götürülərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb:

“Zərərəçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir