İsrail HƏMAS-a dair kəşfiyyat məlumatlarını ələ keçirib

Dünya

İsrail Qəzza zolağına hərbi hücumu zamanı radikal Fələstinin HƏMAS hərəkatı haqqında çoxsaylı kəşfiyyat məlumatlarını əldə edib.

Bu barədə İsrail və ABŞ mənbələrinə istinadən məlumat yayılıb.

Qeyd olunub ki, İsrail hökuməti HƏMAS haqqında ətraflı məlumatı hərbi əməliyyatlar zamanı ələ keçirilən sərt disklər, notbuklar, telefonlardan əldə etdiyi kəşfiyyat məlumatlarını, həmçinin ABŞ-nin elektron dinləmələri sayəsində əldə edib.

Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun keçmiş yüksək vəzifəli əməkdaşı və baş elmi işçisi Metyu Levitt bildirib ki, İsrail hakimiyyəti HƏMAS haqqında əvvəlkindən daha çox anlayışa malikdir.

“Kadrlar məsələsi və daha çox şey. Onlar HƏMAS-ın nəyə qadir olduğunu daha ətraflı başa düşürlər”, – deyə o qeyd edib.

Kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əldə etdiyi məlumatlarda HƏMAS-ın rəhbərliyi, komandanlığı və kommunikasiyaları haqqında son dərəcə müfəssəl məlumatlar var.

Mənbə: NBC News

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir