“HaberGlobal”: “Yeni Kaledoniya adasında Azərbaycan bayrağı dalğalandırıldı” – VİDEO

Dünya

Fransanın xarici ərazisi olan Yeni Kaledoniyada Azərbaycan bayrağı dalğalanıb.

Bununla bağlı “HaberGlobal”ın jurnalisti reportaj hazırlayıb.

Müstəqillik istəyən yerli kanaklar təşkil etdikləri aksiyada Fransanın ikiüzlü münasibətini ifşa edən Azərbaycan prezidenti İlham Əliyevin plakatını daşıyıblar. Kanaklar Fransanın zülm siyasətinə qarşı çıxarkən, onların müstəqillik mübarizəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür ediblər.

“Mübarizəmiz davam edir. Bizim mübarizəmizə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik”, – deyə aksiya iştirakçısı bildirib.

Qeyd edək ki, Sakit okeandakı Yeni Kaledoniya 1946-cı ilə qədər Fransanın koloniyası olub. 2003-cü ildə konstitusiya dəyişikliyi nəticəsində ada Fransaya bağlı muxtar bölgəyə çevrilib. Adanın yerli əhalisinin bəziləri tam müstəqillik istəyirlər, lakin Fransa prezidenti Emmanuel Makron bu fikrə tamamilə qarşıdır.

Makron Fransa konsensusu əsasında Yeni Kaledoniya üçün dəyişikliklər edəcəyinə söz verib. Bu vəd 2024-cü ilin əvvəlində yerinə yetiriləcəkdi, amma vaxt keçsə də proses həmişə təxirə salınır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir