Paşinyan Metsamor AES-in yeni blokunun 2036-cı ilə qədər istifadəyə veriləcəyini açıqlayıb

Dünya

“Ermənistan Metsamor Atom Elektrik Stansiyasının (AES) yeni enerji blokunu indikinin istismar müddətinin sonuna – 2036-cı ilə qədər istifadəyə vermək niyyətindədir”.

Bunu baş nazir Nikol Paşinyan Brüsseldə keçirilən beynəlxalq nüvə enerjisi sammitində çıxışı zamanı deyib.

O xatırladıb ki, 2023-cü ilin dekabrında ölkə hakimiyyəti Metsamor AES-in istismar müddətini 2026-cı ildən 2036-cı ilə qədər uzatmaq barədə qərar qəbul edib.

“Bu uzadılma Ermənistan AES-in uzadılmış müddətinin sonuna kimi yeni enerji blokuna rəvan keçid üçün möhkəm zəmin yaradacaq ki, bu da bizim əsas məqsədimizdir. Bununla əlaqədar Ermənistan MAQATE və tərəfdaş ölkələrlə hazırkı enerji blokunu əvəz etmək üçün optimal həll yolu tapmaq üçün sıx əməkdaşlıq edir”, – deyə Paşinyan bildirib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir