“Trabzonspor” – “Fənərbağça” (2:3) oyununda meydana daxil olan azarkeşi döyən Brayt-Osayi Samuelin cəzası bəlli olub.
Nigeriya mətbuatı milli futbolçunun ağır cəzalandırılacağı barədə xəbər yayıb.
Belə ki, 26 yaşlı oyunçunun 5-10 matç arası futbol meydanlarından uzaq qalacağı bildirilir.
Həmin oyundan sonra əlində künc bayrağı ilə “Fənərbağça”nın azarkeşlərinə hücum edən “Trabzonspor” azarkeşi Samuel tərəfindən döyülmüşdü. Həmçinin azarkeşin əlində bıçağın olduğu da bildirilir.
Qeyd edək ki, “Trabzonspor” – “Fənərbağça” oyununda polis tərəfindən saxlanılan 13 azarkeşdən dördü barədə həbs qətimkan tədbiri seçilib.
Mənbə: sporekstra.aksam.com
www.RESMIXEBER.az