Nazirlikdən əməliyyat: Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar – FOTO

Cəmiyyət

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən bir nəfər müəyyən edilib.

Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb, o, məsuliyyətə cəlb edilib.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlər zamanı şəhər ərazisində yerləşən mağazalardan birində pirotexniki vasitələrin satıldığı aşkarlanıb.

Mağazanın sahibi İ.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir