Qaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı

Cəmiyyət

Qaxda minik avtomobili ağaca çırpılıb.

resmixeber.az-nın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Azsamand” markalı avtomobil arxa təkərin partlaması səbəbindən idarəetməni itirib. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş – rayonun Qaysarlı kənd sakinləri olan 1980-ci il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir