Xalq yazıçısı Anar: “Azərbaycan televiziyasına baxmıram”

Cəmiyyət

“Mən uzun müddətdir ki, Azərbaycan televiziyasına baxmıram”.

Bunu Moderator.az-a xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar deyib. 

Anar Xurşudbanu Natəvan və Mirzə Fətəli Axundovun heykəl obrazlarından istifadə edilərək lentə alınan reklamdan danışıb.

“Sözün düzü həmin video görüntünü görməmişəm. Sosial şəbəkələrə baxmıram. Qəsdən baxmıram ki, axmaq-axmaq paylaşımlara qanım qaralmasın. Belə böyük insanları, dahiləri ucuz reklamlarda istifadə etmək olmaz. Bunu qınayıram. Düz edib həmin reklamı yayımdan qaldırıblar. Hər bir şeyin günahını Yazıçılar Birliyində görürlər. Bir yerdə yanğın olsa, yenə də Yazıçılar Birliyinin üstünə atacaqlar ki, niyə münasibət bildirmir?! O qədər mənasız insanlar mənasız işlər görür ki! Hamısına Yazıçılar Birliyi cavab verməlidir?” , –  deyə Anar bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir