Rusiyada qəzaya düşən üç avtomobil yanıb, yeddi nəfər ölüb – VİDEO

Dünya

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla yeddi nəfər ölüb.

Bu barədə ölkənin İstintaq Komitəsinin Omsk vilayəti üzrə istintaq idarəsi rəisinin böyük köməkçisi Larisa Boldinova məlumat verib.

Əməliyyat xidmətləri bildiriblər ki, cəsədlər avtomobillərin qalıqları sökülərkən tapılıb.

İstintaq Komitəsinin məlumatına görə, mikroavtobusun sürücüsü qanunsuz sərnişindaşıma ilə məşğul olub.

Həmçinin, qəza nəticəsində avtomobillərin alovlandığı və üç nəfərin yaralandığı qeyd olunub.

İstintaqın ilkin versiyasına görə, qəzaya səbəb yük maşınlarından birinin qabaq təkərinin qopması ola bilər.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir