“Apple” kompüterlərində USB-hablar sıradan çıxıb

Dünya

“MacOS” 14.4-cü versiyasına yeniləndikdən sonra bəzi “Mac” istifadəçiləri USB-hablarının kompüterlərinə qoşulduqda işləməməsindən şikayətləniblər. Çünki bu, siçan, klaviatura və monitor kimi periferik cihazların tanınmamasına səbəb olub.

Texniki nasazlıq xüsusilə məhdud USB portları olan “Mac” istifadəçilərinə mane olub, çünki bir çoxları hab olmadan kompüterdən istifadəni demək olar ki, qeyri-mümkün hesab edirlər. Problem yalnız “MacOS” 14.4 olan bəzi istifadəçilərdə müşahidə olunur. Əməliyyat sisteminin əvvəlki versiyasında çalışan qurğular qüsursuz işləyir. Problem “MacBook Air”dən tutmuş flaqman “MacBook Pro”ya qədər geniş çeşiddə modellərə təsir göstərib.

Həmçinin qeyd edilib ki, periferik qurğuların özləri birbaşa “Mac” portlarına qoşulduqda işləməyə davam edir, USB-hablar vasitəsilə qoşulmaqdan imtina edirlər. Mütəxəssislər, istifadəçilər cihazla işləyərkən USB-hablardan istifadə edərlərsə, “MacOS” 14.4-ə yenilənmədən çəkinməyi tövsiyə edirlər.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir