“Füzulini tərk edəndə 10 yaşım var idi, indi eyni yaşlı övladımla qayıdıram”.
“resmixeber.az” xəbər verir ki, bunu doğma yurduna qayıdan Füzuli sakini Əlvan Əliyev söyləyib.
Beş ailə üzvü ilə qayıtdığını bildirən Ə.Əliyev ona bu fürsəti verən Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib.
Xatırladaq ki, bu gün, martın 15-də, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 35 ailə (151 nəfər) köçürülür.
www.RESMIXEBER.az