Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün İdil rayonunda avtomobil qəzasına düşən mühafizə dəstəsindən daha bir nəfər vəfat edib.
resmixeber.az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlimat verib.
Bildirilir ki, yaralı polislərdən İlker Duranı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb. Bununla da qəzada həlak olan polislərin sayı ikiyə çatıb.
Qəzada xəsarət alan daha bir hüquq-mühafizə orqanı əməkdaşının və mülki şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
Xatırladaq ki, polislər Prezident Ərdoğanın dünən Şırnakda keçirdiyi mitinqdən qayıdarkən yolda qəza törədiblər. Onların avtomobili başqa bir maşınla toqquşub. Nəticədə polis məmuru Fırat Der hadisə yerində həlak olub.
www.RESMIXEBER.az