Əri qollarında can verən Nailə Mirməmmədli kimlə küsülü öldü? – VİDEO

Cəmiyyət

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədliyə həsr olunub.

Mərhum bəstəkarla bağlı xatirələrini bölüşən Xalq artisti Faiq Ağayev Nailə xanımın doğmalarını itirərkən yaşadığı ağır sarsıntıdan bəhs edib:

“Nailənin bütün itkiləri gözümün qabağında baş verdi. Oğlu da, həyat yoldaşı da, qardaşı da, anası da öləndə onun dərdlərinin şahidi olmuşam. Oğlu faciəvi şəkildə dənizdə boğulanda ən birinci öyrənənlərdən oldum, meyiti evə gətirilməmişdən əvvəl özümü yanına çatdırmışdım. İlk övladını itirmiş Nailə üstümə atıldı ki, “Ayrılma məndən” oxudun, amma oğlum məndən ayrıldı”.

Müğənni Elnarə Xəlilova isə onunla son görüşünü xatırlayıb:

“Axırıncı dəfə 2016-cı ildə görüşdük. Salamlaşdıq, halını soruşdum. Gördüm ki, mənə baxır, amma görmür. Günahımın nə olduğunu bilmədim. Oğlunun toyuna məni çağırmamışdı. Hamı orada idi, mən yox. Amma o toyda birinci mən olmalı idim. Səbəbini soruşa bilmədim, elə də ayrıldıq”.

Ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir