Quba dağlarında çətin vəziyyətdə qalan əcnəbiyə kömək göstərilib – FOTO

Cəmiyyət

Qubada, dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən turizm şirkətinin əməkdaşı Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşı Saho Ramakantın əlverişsiz hava şəraiti ilə bağlı Quba-Susay-Xınalıq yolunda, ucqar dağlıq ərazidə avtomobilinin qara batdığını bildirib.

Məlumat daxil olan kimi Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər.

S.Ramakant operativ yardıma görə polis əməkdaşlarına minnətdarlıq edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir