“Fiorentina”nın penalti tilsimi: Altı cəhddən beş uğursuz zərbə

Dünya


İtaliya A seriyasında çıxış edən “Fiorentina” klubunun bu il penatlilərlə heç bəxti gətirmir.

Komandanın futbolçuları 2024-cü il ərzindəki oyunlarda təyin olunan altı penaltidən yalnız birini reallaşdırmağı bacarıblar. Bu uğura “Udineze” ilə oyunda hücumçu M’Bala Nzola imza atıb.

Sonuncu dəfə isə bənövşəyilər ötən gün keçirilən “Roma” ilə matçda hədəfdən yayınıblar və il ərzində beşinci dəfə 11 metrlik cərimə zərbəsini boşa veriblər. Yekunda qarşılaşmada qalib müəyyən olunmayıb – 2:2.

Qeyd edək ki, hazırda “Fiorentina” İtaliya çempionatının turnir cədvəlində səkkizinci yerdədir. Florensiyalılar 28 matçdan sonra 43 xal toplayıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir