Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, bir pulemyot, üç tapança, üç tüfəng, 10 qumbara, doqquz ədəd alışdırıcı, beş rabitə vasitəsi, 20 patron darağı, 6 188 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.
www.RESMIXEBER.az