Abşeronun bir hissəsi niyə işıqsız qalıb? – AÇIQLAMA

Cəmiyyət


Abşeron rayonunun Saray qəsəbəsinin elektrik təminatında problem yaranıb.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Bildirilib ki, qəsəbənin elektrik verilişi ötən gün saat 23:09-da dayandırılıb. Hazırda Saray qəsəbəsinin 60%-dən çox hissəsində elektrik enerjisi yoxdur.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidməti faktı təsdiqləyib.

Bildirilib ki, problem həqiqətən var və hazırda ərazidə təmir briqadası işləyir.

Qeyd olunub ki, işlərin yekunlaşması haqda əlavə məlumat veriləcək. 

Əzizə İsmayılova

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir