Türkiyənin neft terminalı Rusiyadan gələn yükləri qəbul etməyəcək

Dünya


Türkiyənin Aralıq dənizindəki orta ölçülü neft terminallarından biri olan Dörtyol terminalı ötənilki rekord idxaldan sonra Rusiyadan neft yüklərini qəbul etməyəcək.

Məlumata görə, bu qərar ABŞ-nin artan sanksiya təzyiqi ilə əlaqədardır.

Türkiyənin Hatay vilayətindəki terminalın operatoru olan “Global Terminal Services” (GTS) şirkəti müştərilərinə heç bir Rusiya məhsulunu qəbul etməyəcəyini bildirib. Şirkətin məlumatına əsasən, bütün əvvəlki əməliyyatlar mövcud sanksiyalara, o cümlədən G7-nin Rusiya neftinin qiymət tavanına tam uyğun olub.

GTS əlavə edib ki, yeni yanaşma şirkətin nəzarətindən kənar fəaliyyətlərin təsirlərini aradan qaldırmaq üçün əlavə tədbir olacaq.

Qeyd edək ki, Dörtyol terminalı 2023-cü ildə 11,74 milyon barel Rusiya nefti və yanacağı qəbul edərək Türkiyənin yeddinci ən böyük idxal terminalı olub. Onun Rusiyadan idxalı 2021-ci illə müqayisədə təxminən yeddi dəfə artıb.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir