XİN başçısı: “Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır”

Siyasət


Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır, bu istiqamətdə konkret addımılar atılır.

“resmixeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Burada əməkdaşlığın müxtəlif formaları mövcuddur. Türkiyədə istehsal olunan silahların alınması, Azərbaycanda hər iki ölkənin müştərək hərbi istehsalının qurulması, eləcə də bu ölkənin iri layihələrində azərbaycanlı mütəxəssislərin iştirakı buraya daxildir. Bunların hər birinin ayrı-ayrılıqda əhəmiyyəti böyükdür, hər 3 istiqamətdə önəmli qərarlar qəbul edilib. Düşünürəm ki, gələcəkdə bunun effektini daha çox görəcəyik”, – C.Bayramov deyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir