Fransanın XİN başçısı Emmanuel Makronun dediklərini təkzib etdi

Dünya


“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”.

Bunu Fransanın “Inter” radiosunun efirində respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejurne deyib. O, ölkə Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı dediklərini təkzib edib.

“Fransızlar Ukrayna uğrunda ölməyəcəklər. Biz döyüşə qoşun göndərməyəcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Makron bir müddət əvvəl bildirmişdi ki, ehtiyac olarsa, Avropa İttifaqı Ukraynaya qoşun göndərə bilər. Bu açıqlama Avropada liderləri arasında ciddi narazılığa səbəb olub. Hətta mediada yayılan məlumata görə, bəyanat Almaniya kansleri Olaf Şoltsla Makron arasında açıq düşmənçiliklə nəticələnib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir