Boris Conson Ukraynada: Zelenski ilə şəklini paylaşdı – FOTO

Dünya


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə gəlib.

Bu barədə Conson öz “X” hesabında paylaşım edib.

O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə çəkilmiş fotosunu da yayımlayıb.

Boris Conson qeyd edib ki, Rusiyanın başlatdığı müharibənin ikinci ildönümündə Ukraynanın yanında olmaq onun üçün böyük şərəfdir.

“Putinin işğalının bu ağır ikinci ildönümündə burada, Ukraynada olmaqdan şərəf duyuram.  Şübhə etmirəm ki, öz sarsılmaz cəsarətləri ilə ukraynalılar qalib gələcəklər və Putinin qüvvələrini qovacaqlar. Bir şərtlə ki, biz onlara zəruri olan hərbi, siyasi və iqtisadi yardımı göstərəcəyik”, – deyə keçmiş nazir paylaşımda bildirib.

Qeyd edək ki, həmin gün Böyük Britaniya hökuməti 2025-ci il üçün zəruri olan sursatların alınması və mərmi istehsalı üçün tədarük zəncirlərinin təşkili üçün Ukraynaya 245 milyon funt-sterlinq (təxminən 311 milyon dollar) məbləğində yardım paketi ayrılacağını açıqlayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir