Belçika, İtaliya və Kanadanın baş nazirləri Kiyevdədirlər – FOTO

Dünya


Belçika, İtaliya və Kanadanın baş nazirləri Aleksander de Kroo, Corciya Meloni və Castin Tryudo, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevə səfər ediblər.

Səfərdə məqsəd müharibənin başlanmasının ikinci ildönümü münasibətilə həmrəylik nümayiş etidirilməsi olub.

Qərb liderinin gün ərzində Ukrayna rəhbərliyi ilə görüşləri planlaşdırılıb.

Eyni zamanda Danimarka Baş Naziri Mette Frederiksen və ABŞ Senatında çoxluq lideri Çak Şumer də Kiyevə gəliblər.

Qeyd edək ki, 24 fevral tarixində İtaliyanın sədrliyi ilə “Yeddilik” ölkələri liderlərinin onlayn rejimdə görüşü keçiriləcək.

İtaliya baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə, videokonfrans Meloni, Tryudo və Fon der Lyayenin iştirakı ilə Kiyevdə təşkil olunacaq. Konfransda Ukrayna Prezidenti Volodimir Zelenskinin də çıxışı planlaşdırılır.

Mənbə: TASS, RBC.ua  

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir