İspaniyada Bask Ölkəsi Universitetinin arxeoloqlarından ibarət qrup təxminən 2 100 il əvvəl yaradılmış bürünc əl aşkar edib. Obyektin üstündə vakson və digər indi mövcud olmayan dillərdə yazılar var. Tapıntı Dəmir dövrünə aid İrulegi adlı yerdə tapılıb.
Artefaktdakı mətn müasir bask dilindən istifadə edilməklə qismən deşifrə edilib. Elm adamları əlində “sorioneke” sözünü aşkar ediblər ki, bu da bask dilində “şans” mənasını verən “zorioneko” sözünə çox bənzəyir.
Arxeoloqlar kəşf etdikləri artefaktın uğur cəlb etmək üçün amulet kimi xidmət edildiyini irəli sürüblər. Alimlər hesab edirlər ki, onu otağın girişində uğur gətirməsindən ötrü asırmışlar.
Qeyd edək ki, basklar İspaniyanın Pireney adaları boyunca yerləşən və Fransa ilə həmsərhəd olan muxtar bölgəsi olan Basklar ölkəsində yaşayan xalqdır. Bask dili regionun rəsmi dili kimi tanınır, lakin onun mövcudluğu müasir dilçilər üçün bir sirr olaraq qalıb.
Mənbə: Gazeta.ru
www.RESMIXEBER.az