Qayıdış zamanı keçmiş məcburi köçkünlərin ailə tərkibi diqqətə alınacaqmı? – AÇIQLAMA + FOTO

Siyasət


Torpaqlarımız işğaldan azad edildikdən sonra doğma Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin strategiyası bir neçə vacib komponenti özündə birləşdirir. Birinci növbədə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsizlik və güc strukturlarının xidməti fəaliyyətləri təmin edilir, ikinci mərhələdə regionda misli görünməmiş quruculuq, bərpa işləri vüsət alır, infrastruktur yaradılır. Üçüncü mərhələ isə Qarabağa və Şərqi Zəngəzura əhalinin qayıdışı prosesidir.

Ata-baba ocaqlarına qayıdışla bağlı vətəndaşları düşündürən bir neçə məqam var. İşğal illərində məcburi köçkünlər siyahıya alınıb, ailə tərkiblərinə müvafiq formada yaşayış yerləri ilə təmin edilmişdilər. Aydın məsələdir ki, 30 il ərzində ailələrin ailə tərkibləri də dəyişib.

Azad olunmuş ərazilərə qayıdış çərşivəsində keçmiş məcburi köçkünlərin mənzillə təmin olunması zamanı ailə tərkibi diqqətə alınacaqmı?

resmixeber.az-ın bununla bağlı sorğusunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru İbrahim Mirzəyev cavablandırıb.

O bildirib ki, respublika ərazisində müvəqqəti mənzillə təmin edilmiş və sonradan işğaldan azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən ailə tərkibinə uyğun olaraq mənzillə təmin olunurlar. 

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir