Bakıda ağacın dibinə metlax döşədilər – FOTO

Cəmiyyət


Paytaxtda ağaca qarşı amansız rəftar sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

resmixeber.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərin metronun “Həzi Aslanov” stansiyası yaxınlığında, Xudu Məmmədov küçəsi 103 ünvanında yerləşən restoranlardan birinin qarşısında çəkildiyi qeyd edilib.

Belə ki, beşmərtəbəli binanın hündürlüyünə bərabər olan şam ağacının dibinə metlax döşənərək ağacın inkişafının qarşısı alınıb. Məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri aidiyyəti qurumların tədbir görməsi, ağacların bu cür amansız rəftara məruz qalmaması üçün sahibkarlara xəbərdarlıq edilməsinin önəmli olduğunu bildiriblər.

Həmin görüntüləri təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir