Bakıda zəncirvari qəzada üç avtomobil toqquşub – FOTO

Cəmiyyət


Bakının Binəqədi rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəza Mir Cəlal və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində qeydə alınıb.

Qəza “Audi”, KIA və “Toyota” markalı avtomobillərinin iştirakı ilə baş verib.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Qəzaya uğrayan avtomobillər yoldan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir