Finlandiyada uşaqlar arasında dəhşətli virus epidemiyası TÜĞYAN EDİR: Xəstəxanalar dolub

Dünya


Finlandiyada respirator sinsitial virus (RSV) epidemiyası tüğyan edir. Xəstəlik əsasən azyaşlı uşaqlar və körpələri əhatə edir.

Bu barədə yerli mətbuat Mərkəzi Finlandiya bölgəsindəki xəstəxananın həkimi Eva Aaltonenə istinadən xəbər verir.

Yanvar ayında uşaq şöbələri və təcili yardım şöbələri xəstələrlə dolu olub.

Aaltonenin sözlərinə görə, virus hazırda bütün ölkədə geniş yayılıb, lakin xəstələrin sayı son bir neçə həftə ərzində dəyişməz olaraq qalıb.

“RSV-yə yoluxma sayı dəyişir, lakin indiki epidemiya keçən ildəkindən daha güclü görünür. Xəstəliyə daha çox yoluxma halları müşahidə olunur və virus keçən qışdan daha aqressiv görünür”, – deyə həkim qeyd edib.

Virus uşaqlarda bronxiolitə – kiçik bronxların və ətrafdakı ağciyər toxumasının iltihabına səbəb ola bilər. 

Mənbə: yle.fi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir