Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir? – ARAŞDIRMA + VİDEO

Cəmiyyət


Mənzil bazarında aylardır durğunluq yaşanır. Satışa təklif olunan mənzillər çox olsa da, alanlar azdır.

Əmlak satışı üzrə videobloger Tural Əfəndi deyib ki, vətəndaşların daşınmaz əmlaka yatırım kimi baxması qiymətləri bahalaşdırıb. Onun sözlərinə görə, bu gün ev alanların böyük əksəriyyəti bir neçə mənzili olan insanlardır. Onlar da bu mənzilləri ya kirayə vermək üçün, ya da gələcəkdə satmaq üçün nəzərdə tutublar.

T.Əfəndinin sözlərinə görə, təmirli mənzillər təmirsizlərə nisbətən daha tez satıldığından satışa daha çox hazır mənzillər təklif olunur. Lakin bu hal satışa təsir etmir. Çünki təmirli mənzillərə də alıcı tapılmır. Bir zamanlar dəbdəbənin simvoluna çevrilmiş milyonlarla manat qiyməti olan bahalı bağ evlərinin satışı da aylardır dayanıb.

Əmlak satışı üzrə videobloger deyir ki, qarşıdakı aylardan bazarda canlanma gözlənilir. Çünki adətən yazın gəlişi ilə bazardakı durğunluq aradan qalxır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir