Rusiyada qan donduran hadisə: 17 yaşlı ana uşağını pəncərədən atdı

Dünya


Rusiyanın Voronej şəhərində yeni doğulmuş oğlunu pəncərədən atan 17 yaşlı qıza qarşı cinayət işi açılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.

17 yaşlı qız diri, normal körpə dünyaya gətirib və dərhal ondan xilas olmaq qərarına gəlib. Gənc ana çox düşünmədən körpəsini dördüncü mərtəbədən yerə atıb.

İki gün sonra yerli sakinlər evin həyətində dəhşətli mənzərə ilə rastlaşıblar və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıblar. O vaxta qədər həkimlər baş, döş qəfəsi və qarın nahiyəsindən ciddi xəsarət alan yeni doğulmuş oğlan uşağına artıq kömək edə bilməyiblər.

Müstəntiqlər şübhəlini, eləcə də onun qohumlarını və qonşularını dindirəcək, baş verənlərin səbəblərini müəyyənləşdirəcəklər.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir