Kral III Çarlzın təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq

Dünya


Böyük Britaniya Kral III Çarlzın təsviri olan əsginasları 5 iyun 2024-cü il tarixindən dövriyyəyə buraxmağa başlayacaq.

Bu barədə Britaniya Mərkəzi Bankının bəyanatında deyilib.

Yeni əsginaslar köhnələri əvəz etmək üçün çap olunacaq. Lakin II Elizabetin portreti olan əsginaslar da dövriyyədə qalacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında Britaniya Mərkəzi Bankı III Çarlzın təsviri olan yeni əsginasların dizaynını təqdim edib. Kralın portreti 5, 10, 20 və 50 funtluq əsginaslarda görünəcək.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir