Niderlandda körpü uçdu: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Dünya


Niderlandın Loxem şəhəri yaxınlığında körpü uçub. Hadisə nəticəsində ölənlər və yaralananlar var.

Bu barədə yerli hakimiyyət orqanlarından məlumat verilib.

Bildirilir ki, hadisə infrastrukturun inşası zamanı baş verib.

“Təəssüf ki, iki nəfər həlak olub. Daha iki nəfər yaralanıb”, – deyə məlumatda vurğulanıb.

Hadisə yerində çoxlu sayda xilasedici var.

Faciənin nədən baş verdiyi hələ də məlum deyil, hadisə ilə bağlı araşdırma başlanılıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir