Baş prokuror Trampın aktivlərinin müsadirəsini tələb edə bilər

Dünya


Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Trump Organization”da fırıldaqçılıq işi üzrə təqribən 355 milyon dollar ödəməsə, onun aktivlərinin müsadirə olunmasını tələb edəcək.

“Əgər Trampın cəriməni ödəmək üçün vəsaiti yoxdursa, biz qərarın icrası üçün məhkəməyə müraciət edəcəyik və onun aktivlərinə həbs qoyulmasını xahiş edəcəyik”, – deyə baş prokuror bildirib. Onun sözlərinə görə, müsadirə Uoll-stritdə yerləşən Trampa məxsus göydələni əhatə edə bilər.

Qeyd edək ki, fevralın 16-da Nyu-York məhkəməsi Trampı “Trump Organization”ın aktivlərinin qiymətləndirilməsində saxtakarlıq ilə bağlı mülki işdə təqsirli bilib və ona təxminən 355 milyon dollar cərimə yazıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir