Azərbaycanda 78,2% insan sülhün tərəfdarıdır

Cəmiyyət


Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə dövri olaraq rəy sorğuları keçirir.

Sosial Tədqiqatlar Mərkəzindən verilən xəbərə görə, 2024-cü ilin fevral ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına insanların 78,2%-i “bəli, dəstəkləyirəm”, 19,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. Respondentlərin 2,3%-i cavab verməkdə çətinlik çəkib.

Ermənistanın Azərbaycanı beynəlxalq ictimai rəydə aqressor kimi təqdimetmə cəhdlərinə baxmayaraq, keçirilmiş sorğular göstərir ki, Azərbaycan ictimaiyyətinin sülh müqaviləsinə münasibətində dövri olaraq artan müsbət dinamika mövcuddur.

Həmçinin ötən sorğulara əsasən, ölkə ictimaiyyəti sülh razılaşması ilə bağlı müzakirələrin məhz birbaşa, yəni ikitərəfli formatda aparılmasını məqsədəuyğun hesab edir.

Qeyd edək ki, respondentlər arasında yaş artdıqca sülh müqaviləsinə müsbət münasibətdə artım qeydə alınır. Ali təhsillilər arasında müsbət mövqe orta təhsillilərlə müqayisədə daha çox üstünlük təşkil edir.

Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir