Tuxel “Bavariya”da sadəcə bir il qala bildi – FOTO

Dünya


“Bavariya”nın baş məşqçisi Tomas Tuxel mövsümün sonunda Münhen klubunu tərk edəcək.

resmixeber.az-ın məlumatına görə, bu barədə tanınmış insayder Florian Plettenberq xəbər verib.

Məlumata görə, getmə qərarı alman mütəxəssislə Münhen komandasının rəhbərliyi arasında “dürüst və uzun” söhbətdən sonra verilib.

Xatırladaq ki, Tuxel 2023-cü ilin martından “Bavariya”ya rəhbərlik edib, 2023/2024 mövsümündə isə Münhen komandasını Bundesliqada qələbəyə aparıb.

Bu mövsüm Bundesliqanın 22 turundan sonra “Bavariya” lider “Bayer Leverkuzen”dən 8 xal geri qalaraq, turnir cədvəlində ikinci yerdədir.

Daxili çempionatın növbəti oyununda münhenlilər doğma meydanda “RB Leypziq”lə qarşılaşacaqlar. Oyun fevralın 24-nə planlaşdırılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir