Nicat Məmmədli: “Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq bakalavr təhsili təşkil ediləcək”

Cəmiyyət


“Türkiyə-Azərbaycan Universiteti ilə bağlı prosesin sənədləşmə hissəsinin sentyabra kimi bitməsi tamamlanacaq”. 

resmixeber.az-ın məlumatına görə, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib. 

N.Məmmədli bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə universitetə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir: 

“Hələlik Azərbaycanda attestatla qəbul mövcud deyil. Universitetdə ilkin olaraq bakalavr təhsili təşkil ediləcək”. 

O əlavə edib ki, Türkiyə-Azərbaycan Universitetində tədris alanlar üçün diplomlarının tanınmasında heç bir problem olmayacaq.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir