Bakıda məktəbdə şagirdlər arasında dava – Qurumdan RƏSMİ REAKSİYA

Cəmiyyət


53 nömrəli tam orta məktəbdə şagirdlər arasında dava düşüb.

resmixeber.az-ın məlumatına görə, dava 7-ci sinif şagirdləri arasında baş verib. Belə ki, şagirdə sinif yoldaşları tərəfindən başına ağır zərbələr vurulmaqla xəsarətlər yetirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 53 nömrəli tam orta məktəbdə qısnamaya məruz qaldığı iddia olunan uşaq 2023-cü ilin sentyabrından VII sinfin şagird kontingentinə daxil olub:

“Uşaqlar arasında mübahisə yaranması ilə bağlı məsələ məktəb rəhbərliyinin nəzarətindədir. Uşağın nənəsinin müraciətləri nəzərə alınaraq, dərs ilinin əvvəlində direktorun iştirakı ilə həmin sinfin valideyn iclası da çağırılıb. İclasda sinifdə ciddi problem olmadığı və şagirdin sinfə adaptasiya baxımından çətinlik yaşadığı məlum olub. Bundan sonra şagirdə məktəb psixoloqu və müəllimlərin dəstək tədbirləri artırılıb. Sinif rəhbəri də 2023-cü ilin noyabr ayında daha təcrübəli müəllimlə əvəz edilib. 

Onu da qeyd edək ki, məktəb “Məktəblinin dostu” və “Şagird davranış qaydaları” layihələrinə qoşulub. Məktəbdə sağlam təhsil mühitinin qorunması üçün hər iki layihə çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir