Aİ səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırdılar: 200-ə yaxın şəxs daxil olacaq

Dünya


Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırıblar.

Bu barədə Belçikanın Aİ Şurasına sədrliyinin “X” hesabında məlumat verilib.

Məlumata görə, sanksiyalar paketi fevralın 24-dək qüvvəyə minəcək.

“Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəldilər. İndi paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi şəkildə təsdiqlənəcək”, – deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, məhdudiyyətlər Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar tətbiq edilir.

Aİ-nin 13-cü sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxsin daxil olacaq.

Bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen təsdiqləyib və özünün “X” hesabında bununla bağlı paylaşım edib.

“Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin təsdiqini alqışlayıram. Ümumilikdə 200 nəfəri qara siyahıya salmaqla biz Kremlə güclü təzyiq göstəririk”, – deyə o qeyd edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir