Türkiyənin beşinci nəsil döyüş təyyarəsi “Kaan” ilk uçuşunu həyata keçirib – VİDEO

Dünya


Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Türk Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən uçuş Ankarada baş tutub.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.

Öz növbəsində, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib.

Bunu Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov bildirib.

O, Moskvanın əməkdaşlığa hazır olduğunu qeyd edib.

“Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görülüb. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”, – deyə Buravov vurğulayıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir