11 aylıq körpənin anası fəryad edir: “Yoldaşım fəhlə işləyir, müalicələri çatdıra bilmirik” – FOTO

Cəmiyyət


11 aylıq Melisanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Nuranə Əzizova məlumat verib.

O bildirib ki, övladı Melisanın başında kista var.

“Melisa keçən ilin mart ayında dünyaya gəlib. Doğulduğu ilk günlərdə hər şey qaydasında olsa da, daha sonrakı müayinələrdə onun başında kista olduğu müəyyən edildi. Həkimlər müalicələri düzgün və vaxtında etdirsək, kistanın çəkiləcəyini deyirdilər. Sizin saytın izləyicilərinin dəstəyi ilə biz Melisanın müalicələrini etdirdik, həkimlər onun müsbətə doğru irəlilədiyini deyirlər”.

Melisanın bir aylıq müalicəsi üçün bizim 1000-1500 manata ehtiyacımız olur”.

Nuranə Əzizova Melisanın onun ilk övladı olduğunu deyib.

“Melisa mənim ilk və tək övladımdır, onu itirməkdən çox qorxuram, itirmək istəmirəm. Özümüz Bakıda kirayə qalırıq, həyat yoldaşım isə günəmuzd fəhlə işləyir. İnanın, bu xərcləri tək qarşılamaq çox çətindir. Melisanın müayinələri və müalicəsi üçün hazırda 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 946-12-98.

Kapital Bank: 4169 7388 3860 9026.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir