Çempionlar Liqası: “İnter” “Atletiko”dan üstün oldu, “Borussiya” PSV ilə bacarmadı – VİDEO

Dünya


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Bu gecə daha iki oyun baş tutub.

İtaliya “İnter”i Milanda İspaniya “Atletiko”sunu qəbul edib. Görüşdə hesab yalnız 79-cu dəqiqədə açılıb. “İnter”li Arnautoviç fərqlənib. Bu, matçda yeganə qol olub və meydan sahiblərinin minimal hesablı qələbəsi üçün kifayət edib – 1:0.

Digər görüşdə Dortmund “Borussiya”sı Niderlandda PSV-nin qonağı olub.

Oyunda hesabı qonaqlar açsalar da, ev sahibləri hesabı bərabərləşdirməyi bacarıblar. 24-cü dəqiqədə Malenin vurduğu topa 56-cı dəqiqədə de Yonq dəqiq penalti zərbəsilə cavab verib – 1:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 13-də keçiriləcək.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir